Mediasiya Şurası illik hesabatı açıqladı | SƏNƏD

   Mediasiya Şurası illik hesabatı açıqladı    | SƏNƏD
  28 Yanvar 2025    Oxunub:1856
Mediasiya Şurası fəaliyyətə başladığı gündən yaratdığı ənənəyə sadiq qalaraq, 2024-cü ilin yekunlarına dair hesabatını təqdim edib. Sənədlə tanış olmaq üçün onu buradan endirə bilərsiniz.
2024-cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 47.212 müraciət daxil olub. Daxil olan müraciətlərdən 43.761 -i ailə mübahisələri, 2.427 əmək mübahisələri, 647 kommersiya mübahisələri, 377 müraciət isə mülki mübahisələr üzrədir.

Daxil olan müraciətlərdən 44.601 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 22.033, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 6.488-dir.
Mediasiya Şurası yeni hesabatı açıqladı | SƏNƏD

2024-cü il ərzində ümumilikdə 7.554 barışıq sazişi imzalanıb ki, bu da 47% uğurlu nəticə deməkdir.

Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqə vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub.

Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.


Teqlər: Mediasiya  





Xəbər lenti